...

Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 31 May 2023 20:49 (UTC +04:00)
Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı ifadə etməkdən məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına firavanlıq və inkişaf arzulayıram".

XXX

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, prezident işləri naziri Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Sizə məmnuniyyətlə ən xoş arzularımı bildirirəm.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm".

XXX

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və Qəyyumlar Şurasının üzvləri Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramının – Müstəqillik Gününün 105-ci ildönümünün qeyd olunması münasibətilə Azərbaycan xalqının sevincini bölüşürük. Biz, həmçinin işğal altındakı torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kimi böyük nailiyyətlərinizi qeyd edirik. Bu tarixi Qələbə ilə bərabər Zati-alinizi və Azərbaycanın Birinci vitse-prezidentini yaşadığımız dünyanın üzləşdiyi çətinliklərə baxmayaraq, ötən 30 il ərzində bir çox sahələrdə əldə etdiyiniz böyük inkişaf münasibətilə təbrik edirik.

Cənab Prezident, fürsətdən istifadə edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin etimadınızla Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi işini birlikdə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq".

XXX

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.

Sizə cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq arzulayıram".

XXX

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

1918-ci ildə müsəlman aləmində yaradılmış ilk demokratik dövlət olan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Müstəqillik Günü, həmçinin müdrik rəhbər kimi Sizin Azərbaycanı yüksək səviyyədə inkişaf etdirən və beynəlxalq miqyasda mühüm rolu olan ölkəyə çevirən səmərəli xidmətlərinizi qeyd etmək üçün gözəl bir fürsətdir.

Məhz Sizin müdrik liderliyiniz sayəsində Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın dövlət tərəfindən fəal şəkildə müdafiə və təşviq edildiyi, həmçinin bu dəyərlərin dövlət siyasətində təsbit olunduğu nadir ölkələrdən birinə çevrilib. Sizin uzaqgörənliyiniz Azərbaycanın bu sahədə aparıcı qlobal platforma kimi tanınmasına kömək etməkdə davam edir.

Sizə və sevimli Azərbaycan xalqına əlamətdar bayram münasibətilə bir daha təbriklərimi, əmin-amanlıq, firavanlıq arzularımı çatdırıram".

XXX

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlax Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

İcazə verin, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirim.

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 105 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu bayram Azərbaycan xalqının müstəqilliyinin, dövlətin çoxəsrlik inkişaf yolunun rəmzinə çevrilmişdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Bu gün Azərbaycan Respublikası vətəndaşların sosial hüquqlarının təmin edildiyi, tarixi-mədəni və mənəvi irsin qorunması, inkişaf etdirilməsi üçün şəraitin yaradıldığı ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdən biridir.

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi Azərbaycan Respublikası ilə əməkdaşlığı yüksək qiymətləndirir və ümidvar olduğunu bildirir ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın rifahı naminə ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin ehtiramımı bildirirəm".

XXX

Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına xoşbəxtlik arzulayıram".

Xəbər lenti

Xəbər lenti