...

14 xəstə Xankəndidən Ermənistana aparıldı

Siyasət Materials 1 İyun 2023 18:13 (UTC +04:00)
14 xəstə Xankəndidən Ermənistana aparıldı

Bakı. Trend:

BQXK nümayəndələri bu gün növbəti dəfə Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsindən keçməklə səhhətində problemlər yaranan erməniləri Ermənistan və əks istiqamətdə daşıyıblar.

Trend xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Laçın yolunun başlanğıcında qurulan sərhəd keçid məntəqəsindən keçməklə 14 xəstə Xankəndidən Ermənistanın xəstəxanalarına çatdırılıb. Laçın yolunun başlanğıcında qurulan mənətəqədən sərbəst keçməklə daha 12 erməni isə müalicə olunduqdan sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasına qayıdıb.

Qeyd edək ki, bu məlumat növbəti dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin heç bir maneə ilə qarşılaşmadan, sərbəst hərəkət etdiyini növbəti dəfə təsdiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti