...

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə telefonla danışıb

Siyasət Materials 2 İyun 2023 20:17 (UTC +04:00)
Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə telefonla danışıb

Bakı. Trend:

İyunun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti