...

Prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib

Siyasət Materials 3 İyun 2023 23:51 (UTC +04:00)
Prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni hökumət üzvlərinin adlarını açıqlayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, yeni prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib.

Ömər Bolat 30 avqust 1963-cü ildə İstanbulda anadan olub.

O, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) baş katibi vəzifəsində çalışmağa başlayıb.

MÜSİAD İdarə Heyətindəki on beş illik fəaliyyəti dövründə Baş Katib, sədr müavini, MÜSİAD sədri vəzifələrində çalışıb.

2000-ci ilin may ayından ALBAYRAK Holding A.Ş.-də Baş Koordinator vəzifəsində çalışıb.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti