...

ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur - Dövlət Departamenti

Siyasət Materials 6 İyun 2023 09:08 (UTC +04:00)
ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ Azərbaycan-Ermənistan danışıqlarının müxtəlif platformalarda keçirilməsindən məmnundur.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

"Bu ayın sonunda Vaşinqtonda danışıqların daha bir raundunun keçirilməsini səbirsizliklə gözləyirik, belə ki, tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcəyə nail olmağa davam edirlər. Birbaşa dialoq problemlərin həllinin və davamlı sülhün əldə edilməsinin açarıdır. ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda keçirilməsindən, o cümlədən liderlərin son görüşlərindən məmnundur", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti