...

Dünyada dəngələr dəyişir və burada İranın yeri yoxdur" - Təbriz Araşdırmalar İnstitutunun rəhbəri

Siyasət Materials 7 İyun 2023 16:43 (UTC +04:00)
Dünyada dəngələr dəyişir və burada İranın yeri yoxdur" - Təbriz Araşdırmalar İnstitutunun rəhbəri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İndi şərtlər tamamilə bizim xeyrimizədir. Çünki bu gün İran dünyadan təcrid olunub, xaricdə və daxildə tamamilə nüfuzunu itirib.

Trend-in xəbərinə görə, bunu Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət Bakıda keçirilən “Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masada deyib.

O qeyd edib ki, bir çox ölkə ilə İran arasında problemlər var.

"İsrail açıq, ABŞ dolayı yolla İranla mübarizə aparır. Türkiyə İraqda, Suriyada, Qarabağda İranla problemlər yaşayıb. Bu gün Azərbaycanla İran arasında ciddi problemlər var. Lakin burada qorxan tərəf İrandır. Çünki İran bilir ki, dünyada dəngələr dəyişir və bu dəyişiklikdə onun yeri yoxdur. İran rejimi yıxılır. İranda demokratiya olsaydı, azərbaycanlıların muxtariyyəti olardı”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti