...

MDB-yə üzv dövlətlərin Sərhəd Qoşunlarının Komandanları Şurası iki yeni sənəd üzərində işləyir

Siyasət Materials 8 İyun 2023 16:28 (UTC +04:00)
MDB-yə üzv dövlətlərin Sərhəd Qoşunlarının Komandanları Şurası iki yeni sənəd üzərində işləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

MDB-yə üzv dövlətlərin Sərhəd Qoşunlarının Komandanları Şurası iki yeni sənəd üzərində işləyir.

Trend cümə axşamı xəbər verir ki, bunu jurnalistlərə Sərhəd Qoşunlarının Komandanları Şurasının sədr müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov deyib.

"İki əsas sənəd hazırlamaqdayıq. Birinci sənəd 2030-cu ilədək sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramından ibarətdir. İkinci sənəd Birliyə üzv dövlətlərin sərhəd sferasında informasiya siyasətinin əsasları ilə əlaqəlidir. Ümid edirəm, yaxın zamanda bu sənədlər yekunlaşacaq və ümumi məsələlərimizin həlli üçün əlaqədar bütün tərəflərin təklifləri nəzərə alınacaq. Elmi fəaliyyət üzrə komitə sədri tərəfindən sərhəd təhlükəsizliyi sahəsində üç elmi tədqiqatın hazırlanmasının nəticələri barədə məruzə edildi. Gələcək sərhəd əməkdaşlığına dair tövsiyələrin reallaşdırılmasına yanaşmalar təsdiqlənib", - o deyib.

Qeyd edək ki, bu gün Bakıda MDB-yə üzv ölkələrin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyəti, MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 87-ci iclasının təşkili məsələsini və gündəlik layihəsini müzakirə ediblər. Həmçinin tədbirin gündəliyinə əsasən digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti