...

Danışıqlar prosesində özünü vasitəçi kimi göstərməyə çalışan ölkələr əslində məsələni qəlizləşdirir - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 9 İyun 2023 15:16 (UTC +04:00)
Danışıqlar prosesində özünü vasitəçi kimi göstərməyə çalışan ölkələr əslində məsələni qəlizləşdirir - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması bölgə üçün nəhəng iqtisadi dividentlər gətirməklə yanaşı həm də Azərbaycanın milli maraqlarına xidmət edəcək. Azərbaycan dövləti ötən dövr əzrində ciddi cəhdlə bu layihəni reallaşdırmağa çalışsa da Ermənistan hərbi-siyasi rəhbərliyinin müstəqil siyasət yürüdə bilməməsi səbəbindən hələ ki, dəhlizlə bağlı razılıq əldə olunmur. Görünən odur ki, Ermənistan himayədarlarının təsiri və diqtəsi ilə altında hərəkət edir.

Bunu Yeni TV-yə açıqlamasında Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.

"Aydın məslədir ki, Ermənistana havadarlıq edən məlum dairələr prosesdə öz maraqlarını güdürlər. Hər nə qədər Cənubi Qafqazda sülh və təhlükəszilik, bölgədə sabitlik və əmin-amanlıq bəyanatları səsləndirsələr də reallıq ortadadır. Məsələn, konkret olaraq Fransa Sarkozinin timsalında Cənubi Qafqaza nüfuz etməyə, regiona təsir imkanları qazanmağa çalışır", - deyə S.Kərimli əlavə edib.

Onun sözlərinə görə, Fransa Zəngəzur dəhlizi layihəsinə maneələr törədir, çünki, buradan dividentlər qazanmaq istəyir.

"Məlumdur ki, Fransanı heç də Ermənistanın taleyi maraqlandırmır. Makron hökuməti sadəcə Ermənistandan öz maraqları naminə istifadə edir. Həmçinin, rəsmi Paris Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyini və hüquqlarını əlində bayaraq edir. Əslində isə məqsəd başqadır. Azərbaycana müəyyən təsirlər göstərmək və bölgədə gedən proseslərə müdaxilə etmək. İrana gəldikdə isə, molla rejimi də bölgəmizdəki yeni reallıqları həzm edə bilmir. Tehran da itirilmiş nüfuzunu qoruyub saxlamağa, proseslərdə söz sahibi olmağa can atır. Burada əsas məqam İranın iqtisadi maraqlarıdır. Zəngəzur dəhlizi layihəsində fars rejimi də iqtisadi dividentlər qazanmağa çalışır. Rusiyanın bəzi siyasi dairələri də həddən artıq canfəaşanlıq göstərir, yeri gəldi-gəlmədi Ermənistanın müdafisəinə qalxır", - deyə o, əlavə edib.

S.Kərimli qeyd edib ki, bütün bu ziddiyətli məqamlar Ermənistanla Azərbaycan arasında vəziyyəti daha da gərginləşdirir, sülh prosesinə ciddi zərbələr vurur.

"Yəni, danışıqlar prosesində özünü vasitəçi kimi göstərməyə çalışan ölkələr əslində məsələni qəlizləşdirir. Son günlər suveren Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələrinin fəallığı, hərbi təxribatlar törətməsi təsadüfi deyil. Məlum siyasi dairələrin diqtəsi ilə bilərəkdən gərginlik artırılır. Bütün hallarda ortada Azərbaycanın həm siyasi, həm də hərbi qətiyyəti ortadadaır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün platformalarda ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur və mövqeyindən bir addım belə geri çəkilmir. Əminliklə demək olar ki, istənilən müdaxiləyə və təxribatlara baxmayaraq sonda qalib tərəf yenə Azərbaycan olacaq", - deyə S.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti