Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən iclasındakı çıxışı Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
Trend xəbər verir ki, "FAKTİ" nəşri Prezident İlham Əliyevin Fransanın neokoloniya siyasəti ilə bağlı bəyanatlarına xüsusi yer ayırıb.
“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən iclasında verdiyi bəyanatda Emmanuel Makronu müstəmləkəyə çevrilmiş, öldürülmüş və alçaldılmış milyonlarla insandan üzr istəməyə çağırıb”, - məqalədə deyilir.
“Novini 24/7” nəşrində dərc olunan məqalədə Azərbaycan dövlət başçısının sözlərinə istinad edərək qeyd olunur ki, Fransa öz neokolonial siyasətini dayandırmayan ölkələrdəndir.
"Actualno.com" isə diqqəti Prezident İlham Əliyevin Fransada, o cümlədən mediada irqçi və ayrı-seçkilik ritorikasının geniş yayıldığı barədə söylədiyi sözlərə yönəldir.
Məqalələrin tam versiyaları:
Президентът на Азербайджан обвини Франция в неоколониална политика - Свят - DarikNews.bg
Президентът на Азербайджан Илхам Алиев обвини Франция, че е една (novini247.com)
Президентът на Азербайджан обвини Франция в неоколониална политика - Новини от Actualno