...

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bizə dəstək ifadə edən sözləri eşitmək bizi xoşbəxt etdi - Emmanuel Arqo

Siyasət Materials 6 İyul 2023 11:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bizə dəstək ifadə edən sözləri eşitmək bizi xoşbəxt etdi - Emmanuel Arqo
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bizə dəstək ifadə edən sözləri eşitmək bizi xoşbəxt etdi.

Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı “Africa Mundus” təşkilatının rəhbəri Emmanuel Arqo deyib.

“Prezident İlham Əliyevin dekolonizasiya ilə bağlı söylədiyi fikirlər bizi daha da irəli getməyə ruhlandırdı. Bizim artıq fikir bildirmə məkanımız və burada azadıq, rahat şəkildə fikir bildirə bilirik. Fransa hələ də müstəmləkəçi dövlətdir.

Brazilyada afrikamənşəli insanların iştirak edəcəyi beynəlxalq konfras keçirmək niyyətimiz var. Qoşulmama Hərəkatından da bu haqda dəstək görmək istərdik.”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti