...

Fransanın Ermənistan təxribatlarına qarşı susqunluğu onun siyasətinin yanlış olduğunu nümayiş etdirir - XİN

Siyasət Materials 27 İyul 2023 22:21 (UTC +04:00)
Fransanın Ermənistan təxribatlarına qarşı susqunluğu onun siyasətinin yanlış olduğunu nümayiş etdirir - XİN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Ermənistan təxribatlarına qarşı susqunluğu onun siyasətinin yanlış olduğunu nümayiş etdirir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatına dair şərhində deyilir.

"Fransa tərəfinin yenə də Ermənistan təxribatlarına qarşı susqunluq sərgiləməsi və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə, Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq", - deyə şərhdə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti