...

Azərbaycanın HDQ komandanı ABŞ-də səfərdədir

Siyasət Materials 21 Sentyabr 2023 13:27 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti