...

Terrorçuluğun və separatçılığın aqibəti belə də olmalı idi – Sahil Kərimli

Siyasət Materials 5 Oktyabr 2023 13:52 (UTC +04:00)
Terrorçuluğun və separatçılığın aqibəti belə də olmalı idi – Sahil Kərimli
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsində törədilən müharibə cinayətlərinə, terrorçuluq və separatçılıq əməllərinə başçılıq edən şəxslərin bir-bir həbs edilərək Bakıya gətirilməsi bölgəmizdə terrorun kökünü birdəfəlik kəsəcək. Bundan sonra Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsziliyin bərqərar olacağına şübhə yoxdur.

Bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi, Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, Azərbaycan qısa müddətli lokal antiterror tədbirləri ilə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini məhv etdi, bölgəni terrorçulardan təmizlədi, suveren ərazilərinə nəzarəti tam bərpa etdi.

"Bütün bunlar Azərbaycan dövlətinin gücünün və qüdrətinin göstəricisidir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük qətiyyət və prinsipiallıq nümayiş etdirərək xalqımıza qarşı amansız cinayətlər törədən şəxslərin saxlanılması və qanun qarşısında cəzalandırılmasına nail olur.

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qanlı müharibə, soyqırım əməlləri törədən cinayətkarları həbs edir və ədalət mühakiməsinə çıxarır. Təbiidir ki, Azərbaycan ərazisində oyuncaq qurumlar yaradan, dövlətimizə silah qaldıran, ultimatum və hədə dili ilə danışan separatçıların aqibəti belə də olmalı idi.

Şübhə yoxdur ki, yaxın günlərdə terrorçu-separatçı rejimin digər üzvləri də son nəfərinə kimi tutulacaq və Azərbaycan dövlətinin qanunları qarşısına çıxarılacaq. Onlar törətdikləri bütün cinayət əməllərinə görə cavab verəcək və qanunla müəyyən edilmiş ən ağır cəzaya layiq görüləcəklər", - deyə S.Kərimli əlavə edib.

Qeyd edək ki, 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törətməkdə şübhəli bilinən bir qrup separatçı tutulub. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər. Onlar işğal və 44 günlük Vətən müharibəsi dövründə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalinini təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun “rəhbərlər”i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti