...

Azərbaycan-Türkiyə birgə təlimləri Ermənistanın havadarlarına mesajdır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 23 Oktyabr 2023 20:59 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə təlimləri Ermənistanın havadarlarına mesajdır (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə birgə taktiki təlimlərin keçirilməsi hər mənada müsbət haldır.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, bu təlimin bir çox qoşun növlərini əhatə etməsi ondan xəbər verir ki, Azərbaycan və Türkiyə hərbi sahədə qarşılarına yeni hədəflər qoyub.

"Və bu hədəflərə doğru da irəliləyirlər. Strateji müttəfiqlik səviyyəsində olan bu münasibətlərdə orduların əməkdaşlığı vacib faktorlardan biridir. Azərbaycan-Türkiyə birgə təlimləri Ermənistanın havadarlarına mesajdır", - deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

Keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti