Bakı. Trend:
Fransa Ermənistana daima hərbi yardım göstərəcəyini açıqlayıb.
Trend xəbər verir ki, Fransa ilə Ermənistan arasında oktyabrın 23-də imzalanmış sazişlər bunu təsdiqləyir.
Dəyəri yüz milyonlarla avrodan yuxarı ola biləcək silahların tədarükü üzrə bir sıra sazişlərlə yanaşı, bu dəstək, həmçinin, Fransa hərbçilərinin İrəvanda hərbi qulluqçulara təlim keçmək üçün göndərilməsini nəzərdə tutur.
"Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də Parisin Ermənistana "öz müdafiəsini təmin etməsi üçün hərbi texnika tədarükü"nə "razılıq verdiyini" təsdiqləyib. Lakin bu yardım ətraflı təsvir edilməyib və o zamandan əhəmiyyəti azalan bu bəyanatın əsasən Fransada qiyimətləndirmələrə görə sayı 500 min nəfərə çatan böyük erməni diasporunu sakitləşdirməyə yönəldiyi düşünülürdü", - Fransanın "Le Monde" qəzetindəki müəllif yazır.
İndi isə Fransa mətbuatını bir sual düşündürür: Ermənistan kimi yoxsul ölkə bu "yardım"ı necə ödəyəcək?
Hələlik Fransanın vergi ödəyicilərinin pulları yalnız Ermənistanda revanşizmin güclənməsinə və bütün Cənubi Qafqazın destabilizasiyasına xidmət edir. Aydındır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Parisə sərf etmir. Çoxsaylı erməni lobbisi isə fransızları Ermənistanın ərazi bütövlüyünün guya təhdid altında olması və Azərbaycan tərəfindən uydurma "etnik təmizləmə" barədə nağıllarla bəsləməyə davam edir.
Nə qədər ki, Fransada Ermənistanın öz borclarını necə ödəyəcəyi barədə düşünürlər, fransızlar yeni müharibənin sponsoru olmağı nə qədər istədikləri barədə düşünməlidir.
(Tərcümə: Rəna Əbdürəhmanova)