...

Prezident İlham Əliyev Tokayevə başsağlığı verib

Siyasət Materials 28 Oktyabr 2023 13:10 (UTC +04:00)
Prezident İlham Əliyev Tokayevə başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndəib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti