...

Konstitusiya ölkəmizin hüquqi dövlət statusunda inkişafının yeni mərhələyə keçməsinitəmin etdi - Deputat

Siyasət Materials 11 Noyabr 2023 15:20 (UTC +04:00)
Konstitusiya ölkəmizin hüquqi dövlət statusunda inkişafının yeni mərhələyə keçməsinitəmin etdi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri də yeni Konstitusiyanın qəbul edilməsidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda iştirak edən seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Ulu öndərin Azərbaycan dövlətçiliyi uğrunda gördüyü işlər, əlbəttə ki, saymaqla bitmir.

“Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında, onun qəbul edilməsində gərgin əmək sərf edib.

Təbii ki, Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından tariximizin çox mühüm ictimai-siyasi hadisəsi idi. Konstitusiya təkcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyildi, eyni zamanda, ölkəmizin hüquqi dövlət statusunda inkişafının prinsipcə yeni mərhələyə keçməsinin göstəricisi idi. Bu mərhələ, hər şeydən öncə, siyasi sistemin mərkəzində insan və vətəndaş, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterikdir”, - deyə deputat bildirib.

O qeyd edib yeni konstitusiyanın qəbul edilməsi hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

“Ulu Öndər Heydər Əliyevin zamanında konstitusiya ilə bağlı fikirləri bu gün real həyatda da öz əksini tapıb. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Azərbaycanın bu gün qüdrətli və qalib ölkəyə çevrilməsinin, demokratik priniplər əsasında inkişaf etməsinin təməlində məhz bu amillər dayanır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti