...

Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır - Saymon Mordyu

Siyasət Materials 15 Noyabr 2023 22:21 (UTC +04:00)
Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır - Saymon Mordyu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır.

Trend xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Saymon Mordyu “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Aİ ilə Azərbaycan arasında münasibətləri müzakirə edib.

"Mən vurğuladım ki, Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır. Aİ Cənubi Qafqazda sülh və firavanlığa kömək etmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edəcək", - deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti