...

Azərbaycanın beynəlxalq platformalarda fəallıq göstərməsi qarşıya qoyulan əsas hədəflərdəndir - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 24 Noyabr 2023 20:11 (UTC +04:00)
Azərbaycanın beynəlxalq platformalarda fəallıq göstərməsi qarşıya qoyulan əsas hədəflərdəndir - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın bu gün Bakıda keçirilən Zirvə toplantısı olduqca böyük əhəmiyyət daşıyır. Belə bir önəmli tədbirə Azərbaycanın sədrlik və ev sahibliyi etməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.

Bu fikirləri Yeni TV-yə müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Azərbaycanın hər zaman beynəlxalq platformalarda fəallıq göstərməsi və iqtisadi imkanları ilə önə çıxması qarşıya qoyulan əsas hədəflərdəndir:

"Son illər Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Ölkəmiz öz iqtisadi potensialı ilə dünyanın böyük diqqət mərkəzindədir. Hazırda dünyada baş verən təhlükəli proseslər, qanlı toqquşmalar və iqtisadi geriləmələr fonunda sabitliyin və sülhün hökm sürdüyü ölkələr öz iqtisadiyyatlarını dayanıqlı inkişaf etdirə bilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri də bu baxımdan böyük uğurlar əldə edir. Bu gün Bakıda keçirilən iqtisadi forum iştirakçı ölkələrin siyasi və iqtisadi maraqlarının təmin edilməsinə ciddi töhfələr verəcək".

S.Kərimli daha sonra vurğulayıb ki, Azərbaycan qətiyyətli, eyni zamanda etibarlı siyasi kursu ilə hər zaman bir addım öndə olub və hərəkətverici qüvvə rolunu oynayıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, onun dünya miqyasında nüfuzu, dövlət başçımıza bəslənən dərin hörmət və etibar imkan verir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli böyük layihələr həyata keçirsin. Azərbaycanın yaratdığı nəqliyyat kommunikasiya habı, yüksək səviyyəli logistika imkanları, tranzit şəbəkəsi bölgə ölkələrinin də iqtisadiyyatına əvəzsiz töhfə verir. Bu imkanlar gələcəkdə qarşılıqlı ticari əlaqələrin, idxal-ixrac əməliyyatlarının daha üst səviyyəyə çıxmasına şərait yaradır", - deyə siyasi şərhçi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti