...

Azərbaycanla aramızda müxtəlif sahələrdə əməkdaşlıqda irəliləyiş var – İran XİN

Siyasət Materials 27 Noyabr 2023 14:23 (UTC +04:00)
Azərbaycanla aramızda müxtəlif sahələrdə əməkdaşlıqda irəliləyiş var – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və sairə sahələrdə əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (27 noyabr) Tehranda keçirilən mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında münasibətlər müsbət istiqamətdədir. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə müzakirələr aparılır və bu müzakirələr qənaətbəxşdir.

“İran iki ölkə arasında əməkdaşlığın müştərək mənafe çərçivəsində davam etməsinə nikbin yanaşır. Hər iki tərəfdə bu iradə mövcuddur”, - deyə o qeyd edib.

Qeyd edək ki, 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra İran və Azərbaycan arasında münasibətlərdə soyuqluq yaranmışdı. Son vaxtlarda isə iki ölkə arasında əlaqələrin bərpası istiqamətində addımların atıldığı müşahidə olunur. Lakin artıq hətta Prezident İlham Əliyevin təsdiq etdiyi Fəaliyyət Planına əsasən Zəngilan rayonunun Ağbənd Qəsəbəsində, Naxçıvan ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İranla razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti