Bakı. Trend:
Revanşizmi dövlət siyasətinə çevirən Ermənistan səngərlər qazaraq yeni müharibəyə hazırlaşır.
Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İkinci Qarabağ Müharibəsindən sonra "sülhsevər" maskası taxaraq dünyaya barışıq mesajları ötürür, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Fransadan aldıqları silahlarla revanşist davranışlarını artıran Ermənistanın niyyəti ilə söylədiklərinin üst-üstə düşmədiyi açıq aydın görünür.
Bir tərəfdə "sülh"dən danışıb, silahlanan, səngərlər qazan, yeni müharibəyə hazırlaşan Ermənistan, digər tərəfdə isə Ermənistana sözdə yox, əməldə barış əli uzadan, region sülh və sabitlik üçün çalışan Azərbaycan var.
Ermənistan və ondan alət kimi istifadə etmək istəyən qüvvələr regionda hərc-mərclik yaratmaq arzusundadır. Məğlubiyyətlərindən dərs çıxarmayan Ermənistan isə hələ də düzgün yol seçə bilmir. Lakin ona verilən zaman azalır, artıq yeni reallıqları qəbul edib, ağıllanmaq vaxtıdır. Bütün regional layihələrdən kənarda qalan, ən zəif iqtisadiyyata, büdcəyə sahib ölkə və erməni xalqı dərk etməlidir ki, onlar üçün yeganə çıxış yolu Azərbaycanın uzatdığı sülh əlidir. Amma bu cür zəif ölkə hələ də silah almağa cəhd göstərir.
Ümumiyyətlə ermənilərin bəlalarından biri daima himayədar gözləməkdir. Özlərini “güclü” adlandırlasalar da, əslində olan daima himayədar axtarışında olmasıdır. Düşünürlər ki, hər kəs onlara borcludular, onlara silah verməlidir, dəstək olmalıdır.
Xəstəlikli təfəkkürə malik olduqları üçün reallığı görmürlər. Onlara bağışlanan silahların, yardımların fikirlərinin, idealarının dəstəkləndiyi, “haqlı” olduqları üçün edildiyini zənn edirlər. Lakin reallıq fərqlidir. Heç bir ölkə, nə Fransa, nə Hindistan nə də bir başqa ölkə xəstə təffəkkürlü, iqtisadi cəhətdən zəif, dəfələrlə məğlubiyyətə uğrayan, müstəqil dövlət siyasəti olmayıb, daima başqalarının ətəyinə sığınan bir ölkəyə dəstək olmaz. Əksinə ondan kölə kimi öz buyruqları üçün istifadə edər. İndi və hər zaman olduğu kimi.
Ermənistan miflərdən qurtulmalı və gerçək həyata geri dönməlidir. Və görməlidir ki, silahlanıb, səngər qazmaqla Azərbaycana qarşı qalibiyyət əldə edə bilməz. İkinci Qarabağ Müharibəsində Ermənistan Ordusunda olan fərarilik halları hər kəsə məlumdur. Ermənistan silahlanmazdan öncə öz təcrübəsində olan bu utancları görməli və bu hazırlıqların əbəs yerə olduğunu bilməlidir.
İndiyə qədər revanşizmdən bir nəticə almayan, əksinə dəfələrlə məğlubiyyətə uğrayan Ermənistan bu addımların bir sonu olduğunu əvvəl-axır dərk etməlidir!