...

Zakir Həsənov misirli həmkarı ilə görüşüb

Siyasət Materials 5 Dekabr 2023 16:08 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti