...

Prezident İlham Əliyevin çıxışı məndə çox xoş təəssürat yaratdı - Reyçel Rudolf

Siyasət Materials 6 Dekabr 2023 18:08 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı məndə çox xoş təəssürat yaratdı.

Trend çərşənbə günü xəbər verir ki, bunu Pekin Texnologiya İnstitutunun Çjuxay şəhər şöbəsinin sosial elmlər kafedrasının dosenti və elmi işçisi doktor Reyçel Rudolf ADA Universiteti tərəfindən Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi ilə birgə təşkil olunan "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumun kuluarlarında deyib.

"Prezident İlham Əliyev cavablarında olduqca açıq idi, hər bir cavabını ətraflı izah edirdi. Bundan başqa, o bunu ingilis dilində hər hansı bir qeyd olmadan edirdi. Bu, çox xoş təəssürat yaratdı", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu gün Bakıda olmaq və dövlət başçısının çıxışını dinləmək sadəcə möhtəşəm idi.

"Ölkə Prezidentinin bu qədər dəyərli vaxtını bu forumda akademiklər, ekspertlər və siyasətçilərlə görüşə ayırması məni heyran etdi", - deyə o, vurğulayıb.

Qeyd edək ki, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirilib. Forum ADA Universiteti tərəfindən Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi ilə birgə təşkil olunub. Tədbirdə dünyanın 30 ölkəsindən 60 əcnəbi ekspert iştirak edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti