...

Amerikalı konqresmenlərin zavallı durumuna acıyırıq - Qərbi Azərbaycan İcması

Siyasət Materials 8 Dekabr 2023 12:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir qrup amerikan konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış ediblər. Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə veriblər.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, Ermənistanın özünün rəsmi səviyyədə 8 kəndin Azərbaycana məxsus olması barədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur:

"Amerikan konqresmenləri və senatorlarının zavallı durumuna acıyırıq.

Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikan müstəsnalığı”na əsaslanan təkəbbürünün, Azərbaycanofobiya və islamofobiya mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk.

Dünən Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu göstərir ki, Cənubi Qafqazın amerikan konqresmenləri və senatorlarının savadsız məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər".

Xəbər lenti

Xəbər lenti