...

Qayıdış hüququmuzu Ermənistanın ərazi bütövlüyü çərçivəsində həyata keçirməyə dair iradəmizi bəyan edirik - Qərbi Azərbaycan İcması

Siyasət Materials 9 Dekabr 2023 12:49 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziya kanalında 2023-cü il dekabrın 9-da yayımlanmış müsahibəsində və 2023-cü il dekabrın 7-də “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna ifadə etdiyi dəstəyi alqışlayır və bu prinsipial mövqeyinə görə cənab Prezidentə təşəkkür edirik.

Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

“Biz möhtərəm Prezident İlham Əliyevin bəyanatlarını və bu sahədə ardıcıl siyasətini təkcə İcmamızın hədəfi olan qayıdış hüququmuza yardım etdiyinə görə deyil, həm də bölgədə davamlı sülh və əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edirik. Həqiqətən də, birgəyaşayış və etnik müxtəlifliyə əsaslanan sülhün alternativi yoxdur.

Biz qayıdış hüququmuzu Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və dinc şəkildə həyata keçirməyə dair iradəmizi bir daha bəyan edirik.

Bu müstəvidə, son günlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış müsbət addımları alqışlayırıq.

Biz Ermənistanı bu müsbət dinamikanı lazımınca dəyərləndirərək, Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti