...

Paris Bakıda özünü məğlub etdi

Siyasət Analytics 27 Dekabr 2023 09:27 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın casus və aggentura şəbəkəsinin ifşa olunması rutin hadisə deyil. Rəsmi Paris son onillikliklər ərzində belə məğlubiyyətə düçar olmamışdı. Amma Fransa mediası bu rüsvayçı olaydan da mənfəət əldə etməyə çalışır.

Dünən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Fransanın Azərbaycandakı səfirliyindəki rezidentura ölkəmizdə rəsmi Parisin tərəfdaşı və müttəfiqi kimi tanınan dövlətlərin vətəndaşlarına qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Belə görünür ki, Fransanın Azərbaycandakı səfirliyi casus yuvası olaraq istifadə edilib və səfirlik əməkdaşları digər ölkələrin diplomatlarının "ələ alınması" prosesini həyata keçirməyə cəhd edirmiş. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarır. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri isə könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Qısa zaman kəsiyində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Həmçinin, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair faktlar, dəlillər, sübutlar və sənədlər təqdim olunub.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Azərbaycan xüsusi xidmət orqanlarının ifşa etdiyi rezidenturasını "xilas" edə bilməyən, preventiv tədbirlər görməyi belə, bacarmayan Fransa kəşfiyyatı son 50 ildə ən ağır, ən rüsvayçı məğlubiyyətini yaşayır.

Ümumiyyətlə, Emmanuel Makron prezident seçiləndən sonra Fransa kəşfiyyatı diletantlığı, bacarıqsızlığı və qeyri-peşəkarlığı ilə fərqlənir. Belə ki, Fransa xüsusi xidmət orqanları Baltikyanı dövlətlərdəki rezidenturalar "savaşı"nı, "generalların qiyamı"nı, AUKUS əməliyyatını, Ukraynadakı döyüşləri, Mali, Nigeriya və Burkina-Fasodakı prosesləri, habelə onlarla digər hadisələri əvvəlcədən təxmini, qismən də olsa, proqnozlaşdırmağı bacarmayıb.

Böhran o həddə çatıb ki, hətta diletant E.Makron belə, Fransanın xüsusi xidmət strukturlarını "yarıtmaz fəaliyyət"də suçlayıb.

Daha sonra cəzalar başlayıb. Şərqi Avropa, Latın Amerikası, Cənubi Qafqaz və Afrikadakı uğursuzluqdan sonra Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

Fransanıni ən nüfuzlu qəzetlərindən olan "Le Figaro"nun bugünkü sayında 2 fransalı diplomatın Azərbaycanda "arzolunmaz şəxs" elan olunmaları barədə "İki fransız diplomat Azərbaycandan çıxarılır" başlıqlı məqalə dərc olunub.

Qəzetin yazdığına görə, Fransa aşkar və birmənalı olaraq Ermənistanı dəstəklədiyi üçün Parislə Bakı arasında gərginlik yaşanır.

"Fransanın tarixi tərəfdaşı olduğu Ermənistanı dəstəkləməsi son aylarda Azərbaycan tərəfdən Fransanın Cənubi Qafqazda gərginlik yaratmaqda suçlamasına səbəb olub. Rəsmi Bakı Parisi erməniləri silahlandıraraq yeni müharibə təbliğ etməkdə ittiham edib", - qəzet yazıb.

Daha sonra "Le Figaro" yalanın və qərəzlii subyektivliyinin dozasını daha da artıraraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesində Fransanın "vasitəçilik" etməyə çalışdığını, amma "rəsmi Bakının bu xoşməramlı addımı qəbul etmədiyini" vurğulayıb.

Halbuki elə həmin "Le Figaro" yazıda qeyd edir: "Böyük erməni icmasının yaşadığı Fransa Ermənistanı qeyd-şərtsiz və qətiyyətli şəkildə dəstəkləyir".

Ermənistanı tam dəstəkləyən, erməni təbii müttəfiq və tərəfdaş elan edən, Azərbaycan ərazisində rezidentura şəbəkəsi qurmağa çalışan Fransa bütün bunlara rəğmən, vasitəçilik missiyasını yerinə yetirmək istəyir və istəyinin də Bakı tərəfindən absurd xəyal kimi dəyərəndirilməsindən narazılıq edir.

İki diplomatının Azərabycandan çıxarılma qərarına rəsmi Paris təbii ki, «adekvat cavab» verməyə çalışacaq.

Lakin Fransanın hakimiyyət dairələrinin bundan sonra nə etmələrindən asılı olmayaraq, Paris artıq məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti