...

Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir - Rufiz Hafizoğlu

Siyasət Materials 19 Fevral 2024 15:51 (UTC +04:00)
Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir - Rufiz Hafizoğlu

Bakı. Trend:

Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir.

Trend AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

"Azərbaycan Qarabağda qazandığı zəfərdən sonra bəyat etdi ki, bütün vasitəçilərin missiyaları fiaskoya uğrayıb. Azərbaycan sübut etdi ki, biz öz məsələmizi vasitəçi olmadan da həll edə bilərik və bunu etdik. Ermənistan Qərbin həm təzyiqi altındadır, həm də təsir dairəsindədir. Münxen görüşündə Paşinyan tamamilə məğlub olmuş bir vəziyyətdə idi. Ermənistan bundan sonra da təxribatlara əl atacaq, amma məsələ burasındadır ki, Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir",- deyə o bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Münxen görüşündən əvvəl də, Azərbaycan Prezidenti İlham Əliyev birmənalı olaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və bizə qarşı yönəlmiş bütün təxribatlara sərt şəkildə cavab veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti