...

Beynəlxalq sistemin dağıldığını görürük - Binəli Yıldırım

Siyasət Materials 14 Mart 2024 16:11 (UTC +04:00)
Beynəlxalq sistemin dağıldığını görürük - Binəli Yıldırım
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə gərginliklərin yaşandığı ərazilərə yaxındır.

Trend xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

“Türkiyə terror təşkilatları ilə üzləşir və onların sayı gündən-günə artır. Ölkələr arasında baş verə hadisələr fonunda beynəlxalq sistemin dağıldığını görürük. BMT Təhlükəsiz Şurasının fəaliyyəti iflic vəziyyətdədir. Dünya səhiyyə sisteminin inkişafı, iqtisadi əməkdaşlıq detallı işlənməli və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Xəbər lenti

Xəbər lenti