Bakı. Trend:
Gələn günlər ərzində İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu haqda nazirin özü İran mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbayana səfər çərçivəsində mədəniyyət sahəsində təşkil olunacaq beynəlxalq iclasa qatılacaq.
İranlı nazir bildirib ki, səfərdə Azərbaycanın bir sıra
rəsmiləri ilə görüşlər keçirəcək və mədəniyyət sahəsində
əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərəcək.
İsmaili görüş çərçivəsində digər ölkələrin rəsiləri ilə də görüşlər
təşkil olunacağını bildirib.