...

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib (FOTO)

Siyasət Materials 22 May 2024 18:46 (UTC +04:00)
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib (FOTO)

Bakı. Trend:

Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti

Xəbər lenti