Bakı. Trend:
Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, bu barədə nazirlik "X" sosial şəbəkəsində yazıb.
"Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq", - deyə paylaşımda qeyd olunub.