...

Zakir Həsənov Yaşar Gülərlə hərbi təhsillə bağlı əməkdaşlığı müzakirə etdi (FOTO)

Siyasət Materials 4 Oktyabr 2024 19:56 (UTC +04:00)
Zakir Həsənov Yaşar Gülərlə hərbi təhsillə bağlı əməkdaşlığı müzakirə etdi (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.

Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti