Moskva. Trend:
MDB-nin regional birlik kimi nüfuzu artır.
Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının Moskvada geniş tərkibdə keçirilən iclasında deyib.
"Biz əsas məsələləri müzakirə etdik, fikir mübadiləsi apardıq və MDB-nin inkişafı üçün vacib məsələlər üzrə razılığa gəldik”, - deyə o bildirib.
Vladimir Putin qeyd edib ki, MDB inkişaf edir və təşkilata üzv ölkələrin bütün liderləri əməkdaşlığın daha da dərinləşməsinin tərəfdarıdırlar.
"MDB-nin regional birlik kimi nüfuzu artır. Vətəndaşların həyatını yaxşılaşdırmaq üçün əsas vəzifələr uğurla həll olunur.
Bütün MDB məkanında müsbət dinamika müşahidə olunur. ÜDM yaxşı templə artır. MDB ölkələrinin şirkətləri infrastruktur və energetika sahəsində birgə layihələr həyata keçirirlər", - deyə V.Putin əlavə edib.