...

Azərbaycanlılar etnik mənsubiyyətlərinə görə öz tarixi torpaqlarından qovulublar – Hüseyn Işıksal

Siyasət Materials 5 Dekabr 2024 18:40 (UTC +04:00)
Azərbaycanlılar etnik mənsubiyyətlərinə görə öz tarixi torpaqlarından qovulublar – Hüseyn Işıksal
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan əhalisi yalnız etnik mənsubiyyətlərinə görə öz tarixi torpaqlarını tərk etməyə məcbur qalıb.

Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn Işıksal “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.

"Məcburi deportasiyadan başqa, biz, eyni zamanda mədəni soyqırım aktlarına şahid oluruq. Bu, tarixin çoxsaylı nümunələrindən yalnız biridir.

Biz dağıdılmış məscidlər və itirilmiş tarixi-mədəni irsləri görürük. Mənim araşdırmalarıma əsasən, ziyanın həcmi şəxsi mülkiyyət üçün 2,5 milyard ABŞ dollarını, dövlət əmlakı üçün isə 17,5 milyard dolları aşır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, azərbaycanlılar və kipr türkləri zorakılıq, təzyiq və onların kimliyi ilə mədəni irslərinin məhv edilməsi ilə üzləşiblər. Bu isə beynəlxalq ictimaiyyət üçün ən çox gözardı edilən və az tanınan məsələlərdən biridir.

Qeyd edək ki, Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı keçirilib.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunub: Qərbi azərbaycanlıların Ermənistandan çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsin bərpası və bu sahədə diplomatik səylər.

Xatırladaq ki, hər il 5 dekabr tarixi 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiyasının ildönümü kimi qeyd olunur. Ötən il də bu mövzuda analoji beynəlxalq konfrans keçirilmişdi. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunmuş beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti