...

Azərbaycan XİN Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib

Siyasət Materials 29 Mart 2025 14:28 (UTC +04:00)
Azərbaycan XİN Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ nəticəsində zərərçəkənlərə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Myanma və Taylandda baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə başsağlığı veririk. Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, zərər çəkmiş rayonların bərpasına və yenidən qurulmasına ümid edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tailandda da hiss edilib və hər iki ölkədə fəsadlara səbəb olub.

Myanmada zəlzələ nəticəsində 1007 nəfər həlak olub, 2389 nəfər isə xəsarət alıb. Tailandda isə zəlzələ nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti