...

ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir - Tramp

Siyasət Materials 14 Aprel 2025 21:45 (UTC +04:00)
ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyi  nəzərdən keçirir - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır və Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə bildirib.

"“Bu, çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar [ABŞ ilə danışıqlarda] tez hərəkət etməlidirlər, çünki onlar artıq onu əldə etməyə yaxındırlar, və onlar buna sahib olmayacaqlar. Və əgər sərt bir addım atmaq məcbur olsaq, bunu edəcəyik", - deyə D.Tramp bildirib.

Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. "Əlbəttə", - deyə ABŞ prezidenti cavab verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti