...

"AZƏRBAYCAN TƏRƏQQİ ALYANSI" SENTYABRDA GƏNCƏDƏ MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 28 İyul 2005 16:38 (UTC +04:00)

"Azərbaycan Tərəqqi Alyansı" Seçki Bloku sentyabr ayında Gəncədə mitinq keçirəcək. Bu barədə Trend ə Seçki Blokunun təsisçisi Çingiz Dəmiroğlu məlumat verib.

Onun sözlərinə görə, aksiya ilə bağlı Gəncə şəhər icra hakimiyyətinə müraciət olunacaq, təklif olunan yerlərdən birində icazəli mitinq keçiriləcək. Aksiyada əsasən Qarabağ məsələsi önə çəkiləcək, torpaqların 13 ildən bəri işğal altında qalması faktı diqqətdə saxlanacaq.

Azərbaycanda hər dəfə seçki ərəfəsində Qarabağ probleminin arxa plana keçdiyini, diqqətdən kənarda qaldığını deyən Ç.Dəmiroğlunun sözlərinə görə, Gəncədə mitinq təşkil etməkdə məqsəd 20 faiz ərazilərimizin işğal altında qalması faktının gündəmdən düşməməsinə çalışmaq, erməni təcavüzünə qarşı mübarizə aparmağın, bu taleyüklü məsələnin siyasi maraqlara qurban verilməməsinin vacibliyini cəmiyyətin diqqətinə çatdırmaqdır.

O, həmçinin bildirib ki, seçki ərəfəsi olduğuna görə mitinqdə parlament seçkinə dair tələblər də olacaq.

Xəbər lenti

Xəbər lenti