...

AZƏRBAYCAN PREZİDENTİ HƏRBİ QULLUĞA NÖVBƏTİ ÇAĞIRIŞ VƏ HƏRBİ QULLUQÇULARIN EHTİYATA BURAXILMASI HAQQINDA FƏRMAN İMZALAYIB

Siyasət Materials 15 Sentyabr 2005 19:23 (UTC +04:00)

"Tpend" agentliyi bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də AR vətəndaşlarının 2005-ci ilin oktyabrın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Həqiqi hərbi xidmətə 1987-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, eləcə də 1970-1986-cı illərdə doğulmuş, yaşı 35-dək olan respublikanın SQ-də və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan AR vətəndaşları çağırılır.

Həmin müddətdən AR "Hərbi xidmət haqqında " Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar ehtiyata buraxılır.

Xəbər lenti

Xəbər lenti