...

"YENİ SİYASƏT" BLOKU "AZADLIQ"LA ƏMƏKDAŞLIĞA DAİR YENİ SAZİŞ LAYİHƏSİ HAZIRLAYIR

Siyasət Materials 19 Sentyabr 2005 17:05 (UTC +04:00)

"Yeni Siyasət" bloku "Azadlıq" bloku ilə əməkdaşlığı rəsmiləşdirmək üçün saziş layihəsi hazırlayır. Bu barədə Trend ə "Yeni Siyasət" seçki blokundan məlumat verilib. Blokun Əlaqələndirmə Şurasında "Azadlıq" bloku ilə əməkdaşlıq məsələsi müzakirə olunub. Parlament seçkisində həmin blokla əməkdaşlıq formalarının müəyyən edilməsinə qərar verilib.

Qeyd edək ki, "Yeni Siyasət" bloku ilə əməkdaşlıq sazişi bağlanması üçün "Azadlıq" bloku tərəfindən saziş layihəsi təqdim olunub. Lakin bu layihənin müzakirələrindən sonra "Yeni Siyasət" bloku həmin sənədə bir sıra əlavələr və dəyişikliklər edilməsi qərarına gəlib. Buna görə də "Yeni Siyasət"çilər özləri yeni bir layihə üzərində işləyirlər. Yaxın günlərdə həmin saziş layihəsi hazır edilib "Azadlıq" blokuna təqdim olunacaq. Layihədə iki blok arasında əməkdaşlığa dair qarşılıqlı öhdəliklər, bir sıra şərtlər əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti