...

NOYABRIN 1-DƏK SEÇİCİ HÜQUQU OLAN BÜTÜN VƏTƏNDAŞLAR ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ TƏMİN OLUNACAQ

Siyasət Materials 22 Sentyabr 2005 16:42 (UTC +04:00)

Noyabrın 1-dək seçici hüququ olan vətəndaşların hamısı şəxsiyyət vəsiqəsi ilə təmin ediləcək. Trend xəbər verir ki, bu barədə AR Daxili işlər naziri Ramil Usubov jurnalistlərlə söhbətində bildirib.

"Secici hüququ olan bütün vətəndaşların artıq 88%-i şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Azərbaycandan kənarda yaşayan və seçici hüququ olan 237 min nəfər vətəndaşımız müəyyən edilib. Bu say seçici hüququ olan vətəndaşların ümumi sayının təxminən 5%-ni təşkil edir. Həmin vətəndaşlar gəlib müraciət etsələr, onları da şəxsiyyt vəsiqəsi ilə təmin etmək imkanımız var. Bütün bunları nəzərə alsaq, ümumilikdə şəxsiyyət vəsiqəsi ilə təmin olunmayan vətəndaşlar 7%-dir" -deyə nazir bildirib.

R.Usubov demişdir ki, hazırda seçici hüququ olan vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi sahəsində intensiv iş davam etdirilir.

Xəbər lenti

Xəbər lenti