...

"Bizim Azərbaycan" blokuna dekabrda XAP sədri rəhbərlik edəcək

Siyasət Materials 7 Dekabr 2005 11:33 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunun dekabrın 10-da keçiriləcək növbəti toplantısında blokun yeni əsasnaməsi müzakirə ediləcək". Bu barədə Trend ə adıçəkilən bloka sədrlik edən Xalq Azadlıq Partiyasının (XAP) lideri Valeh Mirzəyev bildirib.

Qeyd edək ki, hazırda bloka sədrlik rotasiya üsulu ilə həyata keçirilr. Dekabr ayında XAP sədri, yanvarda isə Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan sədrlik missiyasını öz üzərinə götürəcək.

V.Mirzəyev onu da bildirib ki, toplantının gündəliyi hələ hazır olmasa da, bəzi məsələlərin müzakirəsi əvvəlcədən nəzərdə tutulub. Bunlardan biri də blokun gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı olacaq. Toplantının harada keçiriləcəyi isə hələ müəyyənləşdirilməyib: "Ola bilsin ki, bu dəfə də TMP-nin qərargahında keçirilsin", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti