...

Müxalifətçilər gələn həftə Avropa Şurasına və Avropa Məhkəməsinə müraciətlər göndərəcək

Siyasət Materials 9 Dekabr 2005 13:47 (UTC +04:00)

"Azadlıq" bloku 6 noyabr parlament seçkilərinin nəticələrinə etiraz olaraq gələn həftə Avropa Şurasına müraciət təqdim edəcək. Bu barədə Trend ə blokda təmsil olunan Müsavat Partiyasının sədr müavini Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, eyni vaxtda Avropa Məhkəməsinə isə parlament seçkilərində hüquqları pozulan və qanun pozuntuları ilə rastlaşan müxalifətçi namizədlərin şikayətləri veriləcək.

A.Hacılı həmçinin bildirib ki, özü də gələn həftə Avropa Məhkəməsinə fərdi qaydada şikayət verəcək. Arif Hacılı özünün parlament seçkisində namizədliyini irəli sürdüyü 110 saylı Zaqatala seçki dairəsinin nəticələrinin ləğvinə dair Mərkəzi Seçki Komissiyasının qərarından şikayət verir. Qeyd edək ki, A.Hacılının bu şikayəti Azərbaycanda Apellyasiya və Ali məhkəmələr tərəfindən təmin olunmayıb.

Xəbər lenti

Xəbər lenti