...

"Azadlıq" blokunun gələcək taleyi liderlərin görüşündə həll olunacaq

Siyasət Materials 10 Fevral 2006 15:22 (UTC +04:00)

Müsavat Partiyasının "Azadlıq" blokunun təsisçiliyindən çıxması ilə bağlı verdiyi qərardan sonra adıçəkilən blokun liderləri fevralın 10-da saat 18.00-da Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında görüş keçirəcək. Bu barədə Trend ə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov məlumat verib.

N.İsmayılov bildirib ki, liderlərin görüşündə "Azadlıq" blokunun gələcək fəaliyyəti müzakirə olunacaq: "Blokun taleyi ilə bağlı qərar bu gün veriləcək". ADP rəsmisi onu da qeyd edib ki, blokun gələcəkdə genişlənə biləcəyinə dair qərarın çıxarılması da istisna edilmir.

Görüşdə "Azadlıq" blokunun liderləri AXCP (i) sədri Əli Kərimli və ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlundan başqa Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva və AMİP sədri Əli Əliyev də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti