...

GUAM-ın yüksək vəzifəli nümayəndələri Bakıda enerji təhlükəsizliyi məsələsini müzakirə edir

Siyasət Materials 24 Fevral 2006 14:37 (UTC +04:00)

GUAM və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri Bakıda enerji təhlükəsizliyi məsələsini müzakirə edir. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Fevralın 24-də öz işinə başlamış ikigünlük görüş xarici işlər və energetika nazirlərinin müavinləri, o cümlədən Orta Asiya və Avropa Birliyi ölkələrinin nümayəndələri səviyyəsində keçirilir.

Qeyd edək ki, görüşdə Xəzərin və Mərkəzi Asiyanın enerji ehtiyatları layihələri, bu ehtiyatların Avropanın enerji bazarlarına alternativ nəqli yolları, onların nəqli və tranziti ilə bağlı məsələlər nəzərdən keçirilir. Tərəflər enerji təhlükəsizliyi və bu məsələ ilə bağlı birgə bəyanatın qəbul olunması imkanlarına dair sənəd işləyib hazırlayır.

Xəbər lenti

Xəbər lenti