Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 13-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Fridi qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycan-Amerika münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər müzakirə edilib. Görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn də iştirak edib.
D.Frid martın 13-də, axşam saatlarında Bakıya gəlib və səfər proqramına Azərbaycan prezidenti, biznes-liderləri, eləcə də ictimaiyyətin nümayəndələri ilə görüşlər daxildir. D.Frid Bakıdan Tbilisiyə, sonra isə İrəvana və Ankaraya gedəcək.