...

YAP ABŞ-ın Milli Demokratiya İnstitutu ilə əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 15 Mart 2006 13:30 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov martın 15-də ABŞ Milli Demokratiya İnstitutu (MDİ) Bakı ofisinin yeni direktoru xanım Emil Şults və MDİ-nin Vaşinqton ofisinin baş proqram meneceri Tomas Vari ilə görüşüb. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətindən bildiriblər.

2005-ci ilin noyabrın keçirilən parlament seçkilərində qazanılan qələbə münasibətilə YAP-a təbriklərini çatdıran Tomas Vari hakim partiya ilə MDİ arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Əli Əhmədov MDİ ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, YAP-ın birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu nəzərə çatdırıb. Görüşdə YAP ilə MDİ arasında əlaqələrin mövcud durumu və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti