...

Sabina Freyzer: Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb

Siyasət Materials 29 Mart 2006 10:21 (UTC +04:00)
Sabina Freyzer: Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb

Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin direktoru Sabina Freyzer martın 28-də Vaşinqtondakı brifinqdə "Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb. Bunu regionda adamların həlak olması barədə daxil olan ardıcıl informasiyalar sübut edir". Bu barədə Trend məlumat yayıb.

S.Freyzer qeyd edib ki, "Rambuyedə yarımçıq qalmış danışıqlardan sonra", yalnız fevral ayı ərzində atəşkəs rejiminin pozulması nəticəsində regionda 8 mülki vətəndaş da daxil olmaqla 19 nəfər həlak olub. BBQ-nun layihə direktoru 2005-ci il ərzində 90 nəfər öldürüldüyünü qeyd edib.

Onun fikrincə, hərbi əməliyyatların dirçəldilməsi "zəruri hal deyil", lakin bu, atəş xəttində gərginliyin "közərməsinə" səbəb ola bilər.

S.Freyzer eləcə də qeyd edib ki, ermənilər tərəfindən Dağlıq Qarabağdan kənarda işğal olunan şəhərlər dağıdılıb və onların tam bərpa olunması zəruridir.

"Münaqişəli vilayət yerləşdiyi coğrafi vəziyyətə görə xüsusilə həssasdır", -deyə S.Freyzer bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin bərpa olunması potensial olaraq Rusiya, İran, Gürcüstan və Türkiyəni münaqişəyə cəlb edə bilər.

Xəbər lenti

Xəbər lenti