...

Fazil Qəzənfəroğlu: "Siyasi partiyalar haqqında" qanuna böyük dəyişikliklər edilməlidir"

Siyasət Materials 4 Aprel 2006 12:31 (UTC +04:00)

"Siyasi partiyalar haqqında" qanun layihəsi müasir dövrün tələblərinə cavab vermədiyindən sənəddə böyük dəyişikliklər zəruridir. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Millət vəkili onu da bildirib ki, qanunda partiyaların siyasi hakimiyyət uğrunda mübarizə aparmaq ideyası öz əksini tapmayıb: "Çünki siyasi partiyalarda ictimai fəaliyyət prinsipləri nəzərdə tutulub, bu hal da müsbət xüsusiyyətlərə malik deyil. Qanunda maliyyələşmə ilə bağlı müddəalar da dəyişdirilməlidir. Partiyaların maliyyələşməsinə nəzarətlə bağlı məsələlərdə dəyişiklik edilməlidir".

BQP sədri vurğulayıb ki, demokratik mühitin inkişafı üçün siyasi partiyaların fəaliyyəti müasir dövrün tələblərinə uyğun olaraq formalaşdırılmalıdır. Bunun üçün isə "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər və əlavələr edilməlidir. Millət vəkili onu da bildirib ki, rəhbərlik etdiyi partiya tərəfindən hazırlanan adıçəkilən qanun layihəsi parlamentin rəhbərliyinə təqdim olunub. Amma hələ cavab yoxdur.

Onu da bildirək ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi parlamentin payız sessiyasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti