Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq görülür. Bu barədə Trend ə Səudiyyə Çərəbistanını Azərbaycandakı səfiri Əli Həsən Cəfər məlumat verib.
Onun sözlərinə görə, tərəflər artıq iclasın gündəliyinin və iclas çərçivəsində imzalanacaq sənədlərin hazırlanmasına başlayıblar.
Bu, hökumətlərarası komissiyanın 3-cü iclası olacaq. Bundan əvvəl Azərbaycan hökumətindən verilən məlumata görə, Azərbaycan tərəfi artıq iclasın gündəliyinə daxil edilməsi nəzərdə tutulan təkliflərini hazırlayıb və SƏ hökumətinə təqdim edib. Onlar hazırda SƏ hökuməti tərəfindən nəzərdən keçirilir. Təkliflər ikitərəfli ticari-iqtisadi, mədəni, elmi-texniki münasibətlərin inkişafına aiddir.
Xatırladaq ki, komissiyanın həmsədrləri Azəbaycanın baş nazirinin müavini Yaqub Eyyubov və SƏ-nın sənaye və ticarət naziri Haşim Abdulla Yəməndir.