...

Beynəlxalq Əmək Təşkilatının regional direktoru Bakıya səfər edəcək

Siyasət Materials 21 Aprel 2006 17:48 (UTC +04:00)

Aprelin 23-25-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Subregional Bürosunun direktoru Verner Konrad Blenk Azərbaycana səfər edəcək.

Səfərdə məqsəd BƏT-nın Azərbaycandakı milli tərəfdaşları ilə - Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqı Konfederasiyaları, Sahibkarların Milli Konfederasiyası ilə görüşlər keçirməkdir. Görüşlərdə Layiqli Əmək üzrə Ölkə proqramının imzalanmasının mümkünlüyü müzakirə olunacaq. Proqram gənclərin məşğulluğu probleminin həllinə yönəlib.

Tərkibinə təşkilatın baş mütəxxəsisi Martina Lyubovanın da daxil olduğu missiyanın baş nazir A.Rasizadə, BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi Marko Borsotti, əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovla, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti